“Rusiya Ukraynaya hücum etməyəcək” - XİN RƏSMİSİ

  • By admin
  • 19 Yanvar 2022 16:28

İndi Avropada tam hərbi əməliyyatlar indi qeyri-mümkündür.

Gununsesi.info xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib.

HTML tutorial

“Mən əminəm ki, Avropada və ya başqa haradasa baş verə biləcək genişmiqyaslı müharibə riski yoxdur. Moskvaya NATO-nun genişlənməsinə moratorium qoyulması deyil, Gürcüstan və Ukraynanın Alyansa üzv olmayacağına dair aydın təmnatlar lazımdır”, – rusiyalı diplomat Valday klubunda çıxış edərkən vurğulayıb.

O, Rusiyanın heç bir aqressiv addım atmayacağını da vurğulayıb: “Biz Ukraynaya hücum etməyəcəyik və işğal etməyəcəyik”.

 

Gununsesi.info