Rusiya Ukraynaya qarşı fosforlu silahdan istifadə etdi

  • By admin
  • 22 Mart 2022 09:35

Ukraynanın Kramatorsk bölgəsində Rusiya aviasiyası fosforlu döyüş sursatından istifadə edib.

Gununsesi.info Ukrayna KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Patrul Polisi İdarəsinin rəis müavini Aleksey Beloşitski bildirib.

O deyib ki, ağ fosforlu sursat iki əsas yolla zərər verə bilər: yanıqlar və tüstülərin inhalyasiyası zamanı.

Tərkibində ağ fosfor olan silahların, beynəlxalq müqavilələrə əsasən, insanlar məskunlaşan ərazilərin daxilində və ya yaxınlığında yerləşən hərbi hədəflərə qarşı istifadəsi qadağandır.

Daha əvvəl ruslar Luqansk vilayətində fosforlu sursatdan istifadə ediblər.

Aleksey Beloşitski əlavə edib ki, fosforlu sursatlar sarsıdıcı və dağıdıcı nəticələrə gətirib çıxarır.

Ağ fosforlu bombalardan istifadə zamanı dinc əhali arasında tələfat riski böyükdür. Fosforlu bombaların təsirindən yaralananları xilas etmək çətin olur. Onların bədənlərində ağ fosforun təsirindən əmələ gələn yanıqlar dərinin soyulmasına və dəhşətli yaralara yol açır.

Gununsesi.info