Rusiya Ukraynaya S-300 raketləri atdı – 11 nəfər ölüb

  • By admin
  • 07 Yanvar 2024 08:56

Rusiya qüvvələrinin Donetsk vilayətinin Mirnoqrad icmasının Pokrovsk şəhəri və Rivne kəndinə S-300 raketləri ilə hücumu nəticəsində 11 nəfər həlak olub.

Gununsesi.info xəbər verir ki, bu barədə Ukrayna Daxili İşlər Nazirliyi məlumat yayıb.

“Ruslar birbaşa zərbə ilə iki fərdi evi tamamilə dağıtdılar. Dağıntılar altında insanların axtarışı üzrə əməliyyat davam edir”, – deyə məlumatda bildirilir.

Daxili İşlər Nazirliyi bildirib ki, Pokrovskda hücum zamanı evdə iki uşaq olmaqla 5 nəfər olub, Rivnedə isə 6 nəfərlik ailəni axtarırlar.

Qeyd edilir ki, hazırda 8 mülki vətəndaşın yaralandığı məlumdur.

Gununsesi.info