
Xəbər verdiyimiz kimi, “Azərbaycan Hava Yolları” aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi 25 dekabrda Aktau şəhərinin 3 km yaxınlığında qəzaya uğrayıb.
Təyyarədə 62 sərnişin, 5 ekipaj üzvü olub.
Qəza nəticəsində 38 nəfər həlak olub, 29 nəfər sağ qalıb.
Belə ki, qəzaya səbəb kimi əvvəlcə təyyarənin quşlarla toqquşduğu deyilsə də, sonradan yaranan əsaslı şübhələr yeni suallar yaradır.
Məsələn, təyyarənin istiqaməti, yayılan görüntülərdə hələ havada olarkən qanadındakı qəlpə izləri məhz Rusiya tərəfindən vurulduğunu göstərir.
Nəzərə alsaq ki, həmin gün Ukraynaya məxsus puaların Qroznu şəhərinə hücumları qeydə alınıb, şübhələr daha da artır.
Artıq bu xəbər təsdiqlənir, dünya mediası da bu versiya üzərində dayanıb.
Bəs Azərbaycan ictimaiyyəti, xüsusili Milli Məclisin deputatları bu barədə necə düşünür?
“Mülki təyyarəmizi Rusiyanın vurduğu təsdiqini taparsa, rəsmi Moskva üzr istəməli, Azərbaycan tərəfinə kompensasiya verməli və günahkar şəxslər ciddi cəzalanmalıdır”
Gununsesi.info xəbər verir ki, bu sözləri saytımıza açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.
“Azərbaycan Hava Yollarına məxsus təyyarənin Aktauda qəzaya uğraması və çoxsaylı insan itkisi, yaralanması ilə nəticələnməsi hər birimizi təbii olaraq sarsıdıb. Azərbaycan Prezidentinin sərəncamı ilə matəm elan edilməsi kontekstdən baxsaq, ölkə başçısının anında məsələyə reaksiya verməsi, səfəri yarımçıq qoyub geri dönməsi, əlaqədar qurumlara qəza ilə bağlı ciddi araşdırmaya başladılmasına göstəriş verilməsi dövlətimizin bütün məsələlərdə xalqın yanında olmasını göstərir. Stiuasiya isə təbii ki, faciəvidir. Azərbaycan tərəfi hazırda qəza ilə bağlı bütün vacib addımları atır. Hələlik istintaqın rəsmi məlumatları verilməsə də, ilkin olaraq Caliber.az saytının yazdığına görə, təyyarəmiz Rusiya tərəfindən raketlə vurulub. Bundan əlavə, kapitana eniş icazəsinin verilməməsi, geri döndərilərək Xəzər dənizi üzərindən Qazaxıstana yönləndirilməsi kimi məsələlər də əsaslı şübhələr yaradır. Hazırda rəsmi məlumatlar olmadığı üçün hər hansısa bir fikir, mülahizə istintaqın gedişatına da təsir göstərə bilər. Amma bu fikri indi fakt kimi söyləsək, bu yanlışlıq, böyük səhv rəsmi Moskva tərəfindən qeyd edilməli, üzr istənilməli, Azərbaycan tərəfinə kompensasiya verilməli, günahı olan bütün şəxslər də ciddi cəzalandırılmalıdır. Bu, həm də “Beynəlxaq Aviasiya” haqqında olan qanunda öz əksini tapır və indiyə qədər olan praktika onu göstərir ki, belə məsələlər olub, hər birinin həlli yolu da budur. Hal-hazırda Azərbaycanla bərabər Qazaxıstan da ilk andan öz diqqətini göstərib. Onlara da öz təşəkkürlərimizi bildiririk. Ümid edirik ki, hadisənin əsl mahiyyəti üzə çıxacaq, rəsmi məlumatdan sonra hadisə haqqında daha dəqiq fikirlərimizi bildirə biləcəyik. Hazırki versiyaya görə Rusiyanın bizim mülki təyyarəni Ukraynaya məxsus hərbi təyinatlı təyyarə ilə dəyişik salması, bu hadisənin baş verməsi böyük diqqətsizlikdir, insan təlafatına səbəb olub. Hələlik bu fikirlər də bir fərziyyədir. Odur ki, Azərbaycan dövlətinin rəsmi bəyanatını gözləməliyik. Ondan sonra qərarların verilməsi öz əksini tapacaq”,- deyə o, bildirib.
Milli Məclisin digər bir deputatı Elçin Mirzəbəylinin sözlərinə görə, ölümlə üz-üzə qalan insanların olduğu təyyarənin qəza enişinə imkan yaradılmaması hava gəmisinin vurulmasından daha dəhşətli, ikrah doğuran bir hərəkətdir:
Milli Məclisin deputatı Elman Nəsirov da öz növbəsində hadisənin Rusiya tərəfindən törəldiyi halda rəsmi Moskvanın üzr istəməli olduğunu və lazımı prosedurların həyata keçirilməsinin vacibliyini qeyd edir:
“Əvvəla, baş verən qəzada həlak olanlara Allahdan rəhmət, sağ qalanlara isə şəfa diləyirik. Əlbəttə, bununla bağlı bir sıra suallar da yaranır. İlkin versiya bu idi ki, təyyarə quş sürüsü ilə toqquşub, lakin görüntülərdə təyyarənin göyərtəsində güllə, qəlpə izlərinin olması diqqətdən yayınmadı. Artıq Caliber.az-in yaydığı məlumata görə, 25 dekabrda Ukraynaya məxsus puaların Qroznu şəhərinə hücumları qeydə alınıb. Belə olan bir vəziyyətdə görünür ki, Rusiya silahlı qüvvələrinin raketdən müdafiə sistemləri bizim mülki təyyarəni də bilməyərəkdən hədəfə alıb. Burada qeyri-peşəkarlıq məsələləri də nəzərə alınmalıdır. Hər halda həqiqətə ən yaxın versiya budur. Əgər təsdiqini taparsa, hesab edirəm ki, Rusiya dövləti Azərbaycan xalqından üzrhaqlıq etməli, kompensasiya ödəməli və cinayətkarlar həbs edilməlidir. Qeyd edim ki, bir neçə il bundan əvvəl İrana məxsus olan raketdən müdafiə sistemləri Ukraynanın mülki təyyarəsini hərbi təyyarə hesab edərək vurmuşdular. Sonra da yanlış olduğu məlum olanda İran Ukraynandan üzrhaqlıq edərək kompensasiya ödəyib, cinayətkarları da həbs etdi. Bir daha Allahdan həlak olanlara rəhməıt diləyirik. İnanırıq ki, həqiqət lap yaxın zamanda üzə çıxacaq”
Orxan Saffari