Rusiya və ABŞ Baş Qəraragah rəisləri arasında telefon danışığı olub

  • By admin
  • 02 İyun 2018 13:07

rusiya ve abs bas qeraragah reisleri arasinda telefon danisigi olub

 Martın 21-də  Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov və ABŞ Silahlı Qüvvələrinin qərargah rəisləri komitəsinin sədri Cozef Danford arasında telefon danışığı olub.

Gununsesi.info -nun “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Müdafiə Nazirliyi açıqlama yayıb.

Açıqlamada bildirilib ki, telefon danışığında Suriyada vəziyyət və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

 Tərəflər müzakirə olunan məsələlər üzrə təmasları davam etdirməyə razılaşıblar.