Rusiya və Çexiya arasında GƏRGİNLİK: Səfir XİN-ə çağırıldı

  • By admin
  • 27 Mart 2022 09:29

Çexiya xarici işlər nazirinin müavini Martin Smolek şənbə günü Rusiyanın bu ölkədəki səfiri Aleksandr Zmeevskiyə Çexiyanın Rusiyadakı diplomatik missiyasının əməkdaşları ətrafında yaranmış vəziyyətlə bağlı etiraz edib.

Gununsesi.info TASS-a istinadla xəbər verir ki, bu barədə departament öz “Twitter” səhifəsində məlumat yayıb.

“Nazir müavini Smolek bu gecə Rusiya səfirini çağırıb və Rusiya hakimiyyətinin Moskvadakı səfirliyimizin əməkdaşlarına qarşı təxribatları ilə bağlı ona kəskin etirazını bildirib”, – məlumatda deyilir.

Gununsesi.info