“Yaxın gələcəkdə Rusiya və Fransa prezidentləri arasında telefon danışığı ola bilər”.
Gununsesi.info “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib.
“İki dövlət başçısı yeni təmas üçün vaxtı müəyyənləşdirməyi planlaşdırılar. Onlar zəruri bildikdə bu danışıq baş tutacaq”, – o bildirib.
Qeyd edək ki, fevralın 7-də liderlər arasında Moskvada görüş olub. Onların müzakirəsi 5 saatdan çox davam edib.
Gununsesi.info