Rusiya və İran haqqında münasibətlər pisləşməsin deyə susduqca qonşular bütün əndazələri aşdılar - ASLAN İSMAYILOV

  • By admin
  • 12 Avqust 2021 23:41

Bir daha İsfəndiyar Vahabzadənin çıxışı barədə

Əgər Rasim Musabəyovun İ.Vahabzadə haqqındakı tərbiyəsiz ifadəsi olmasa o mövzuya heç toxunmazdım. Çıxışımda da məqsədim İ.Vahabzadənin təhqir olunmasının qarşısını almaq idi. Bir daha təkrar edirəm, rus xalqı haqqındakı ifadəsindən başqa deyilənlərin hamısı düz və haqlı idi. Uzun illər Rusiyanın tək tanınmışları, ziyalıları demirəm, hakimiyyətinin çox yüksək vəzifəliləri – jirinovskiləri, zatulinləri, tolstoyları, kiselyovları, simonyanları və digəriləri Dövlətimizi, Xalqımızı, Prezidentimizi aşağıladılar və bir dəfə də Rusiya tanınmaşları, hakimiyyət təmsilçiləri buna etiraz etmədilər.

HTML tutorial

Ona görə də kim tərəfindən olmasına baxmayaraq İ.Vahabzadə haqqında bəzi təhqiredici yazılara qəti etirazımı bildirirəm. Bu şəxs hakimiyyətdə təmsil olunmur və dedikləri onun şəxsi fikirləridir və həqiqətdir. Roma Papasından artıq katolik olmaq lazım deyil! Biz Rusiya və İran haqqında münasibətlər pisləşməsin deyə susduqca qonşular bütün əndazələri aşdılar və durmadan hörmətsizlik etdilər. Qoy hamı bilsin ki, bizim də deyəcəklərimiz var və bizə qarşı hörmətlə yanaşmaq lazımdır.

Aslan İsmayılov

Gununsesi.info