Tramp Rusiya, İran və Şimali Koreyaya sanksiyalar tətbiqi ilə bağlı məsələni dövlət katibi Reks Tillersona nəzarətə götürməyə həvalə etdi.
Gununsesi.info xəbər verir ki, bununla bağlı memarandum ABŞ-ın Maliyyə Nazirliyinin rəsmi saytında çap olunub.
Memorandum ABŞ prezidenti Donald Tramp tərəfindən imzalanıb. Sənədə əsasən Reks Tillerson Rusiyaya qarşı sanksiya nəzərdə tutan qanunvericilik bazasının möhkəmlənməsinə cavabdeh şəxs olacaq. Hansı ki, Rusiyaya qarşı sanksiyalar hələ sabiq prezident Barak Obama tərəfindən Rusiyanın Ukraynaya qarşı təcavüzü ilə bağlı imzalanıb.
Dövlət katibi eyni zamanda, kiber təhlükəsizliyə ziyan vuran şəxslərə də viza verilməsi məsələsinə cavabdehlik daşıyaraq, bununla bağlı müvafiq qərarlar qəbul edəcək.
Gununsesi.info