Rusiya və İranın səfirləri Hələbdəki vəziyyətlə bağlı Britaniya XİN-ə çağırılıb

  • By admin
  • 15 Dekabr 2016 22:20

r

 

Rusiya və İranın Böyük Britaniyadakı səfirləri Suriyanın Hələb şəhərində hazırkı vəziyyətlə bağlı bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb.
“Report” xəbər verir ki, bu barədə öz “Twitter” səhifəsində Britaniyanın xarici işlər naziri Boris Conson yazıb.
“Mən indicə Rusiya və İranın səfirlərini çağırıb, onlara Hələb ilə bağlı dərin narahatlığımı ifadə etdim. Dinc sakinləri müdafiə etmək və onlara yardım göndərmək son dərəcə vacibdir”, – deyə Conson bildirib.

Gununsesi.info