Rusiyanın xarici işlər naziri Sergey Lavrov və İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan telefon danışığı zamanı ABŞ və Böyük Britaniyanın başçılıq etdiyi bir qrup ölkənin Yəmənə endirdiyi zərbələri müzakirə ediblər.
Gununsesi.info xəbər verir ki, bu barədə yanvarın 15-də Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Lavrov və Abdullahiyan, həmçinin yeni dövlətlərarası sazişin hazırlanmasının gedişi və ticarət-iqtisadi, nəqliyyat, logistika və digər sahələrdə ikitərəfli əməkdaşlığın bir sıra praktiki məsələlərini müzakirə ediblər.
Xatırladaq ki, yanvarın 12-də ABŞ prezidenti Co Bayden ABŞ və Böyük Britaniyanın Yəməndəki Ənsarullah hərəkatının (Husilər) hədəflərinə zərbələr endiriblər.
“Bu gün mənim göstərişimlə ABŞ qüvvələri Böyük Britaniya ilə birlikdə və Avstraliya, Bəhreyn, Kanada və Hollandiyanın dəstəyi ilə Yəməndə husi üsyançılarının istifadə etdiyi bir sıra hədəflərə hava zərbələri endiriblər”, – Bayden deyib.
Amerika prezidenti qeyd edib ki, Birləşmiş Ştatlar beynəlxalq koalisiya ilə birlikdə bir sıra hücumlara cavab verib və sonuncu hücum yanvarın 9-da husilərin birbaşa Amerika gəmilərinə hücumu zamanı baş verib.
Bir gün əvvəl Amerika mediası Yəmənin Ənsarullah hərəkatının (Husi) üsyançıları ilə əlaqəli hədəflərə yeni hücumlar təşkil etdiyini bildirib.
CNN xəbər verir ki, yeni hücum husilərin radar qurğusuna yönəlib və əvvəlkindən daha kiçik olub və ABŞ tərəfindən birtərəfli qaydada həyata keçirilib.
Gununsesi.info