
Rusiya və İsveç arasında diplomatik gərginlik yaşanır.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, Rusiyanın Xarici İşlər Nazirliyi İsveçin 5 diplomatını “arzulanmaz adam” elan edib.
Nazirlikdən verilən açıqlamada bu addımın 25 apreldə İsveçin 5 rus diplomatını “arzulanmayan adam” elan edilməsinə cavab olaraq atıldığı bildirilib.
İsveçin Moskvadakı səfiri Malena Mard Rusiya XİN-ə çağırılıb.
Rəsmi Moskva İsveçin rus diplomatlarında qarşı belə bir addım atılmasını “düşməncə” adlandırıb və münasibətləri gərginləşdirdiyinə vurğu edib.
Rusiya 1 sentyabrdan etibarən Höteborq Baş konsulluğunun işinin dayandırılması ilə bağlı qərar alıb.
Tərcümə: Arzu Sayadoğlu