Rusiya və ABŞ generalları BAKIDA

  • By admin
  • 19 Aprel 2018 13:08

Rusiya Baş Qərargah rəisi Valeri Gerasimov NATO-nun Avropadakı Silahlı Qüvvələrinin ali komandanı, ordu generalı Körtis Skaparroti ilə görüşmək üçün Bakıya gəlib.

Gununsesi.info-nun xəbərinə görə, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd edilir ki, tərəflər NATO və Rusiyanın Avropadakı hərbi fəaliyyətini, eləcə də, Suriyadakı vəziyyəti müzakirə edəcəklər.

“Rəsmi səfər zamanı V.Gerasimovu Azərbaycan prezidenti İlham Əliyev qəbul edəcək”, – məlumatda deyilir.

Gununsesi.info