Dekabrın 8-nə keçən gecə Suriyada müxalifət qüvvələri paytaxt Dəməşqi ələ keçirib. Onlar 1971-ci ildən hakimiyyətdə olan prezident Bəşir Əsəd rejiminin devrilməsini elan ediblər.
Məlumata əsasən, Əsədin, özü hakimiyyəti sülh yolu ilə təhvil verərək ölkədən qaçıb.
Bu gün dünyanın diqqət mərkəzində olan Əsəd rejiminin süqutuna bir çox dünya liderləri və siyasətçiləri fərqli yanaşmalarla çıxış ediblər.
Gununsesi.info dünya liderlərinin və siyasətçilərin Suriyadakı rejimin dəyişikliyinə reaksiyasını araşdırıb.
Rusiya Xarici İşlər Nazirliyi
Suriyada baş verən dramatik hadisələri hədsiz narahatlıqla izləyirik . Bəşir Əsədlə silahlı münaqişənin bir sıra iştirakçıları arasında aparılan danışıqlar nəticəsində o, prezident postunu tərk etmək qərarına gəldi və hakimiyyətin dinc yolla ötürülməsi barədə göstərişlər verərək ölkəni tərk edib. Rusiya bu danışıqlarda iştirak etməyib.
Biz bütün tərəfləri zorakılıqdan əl çəkməyə və bütün idarəetmə məsələlərini siyasi vasitələrlə həll etməyə çağırırıq. Bununla bağlı Rusiya Suriya müxalifətinin bütün qrupları ilə əlaqə saxlayır. Eyni zamanda Suriyadakı vətəndaşlarımızın təhlükəsizliyini təmin etmək üçün bütün lazımi tədbirlər görülür.
Rusiyanın Suriyadakı hərbi bazaları yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib. Hazırda onların təhlükəsizliyinə ciddi təhlükə yoxdur.
İran Xarici İşlər Nazirliyi
Suriyanın taleyini və gələcəyini təyin etmək məsuliyyəti yalnız Suriya xalqının üzərinə düşür.
Bütün Suriya xalqını təmsil edən inklüziv hökumətin formalaşdırılmasına çağırırıq.
Hakan Fidan
(Türkiyənin xarici işlər naziri)
Suriya xalqı öz ölkəsinin gələcəyini təyin edəcəyi mərhələyə çatıb və bu gün ümid var. Suriyanın yeni administrasiyası hər kəsin iştirakı əsasında yaradılmalı, qisas istəyi olmamalıdır.
Türkiyə bütün tərəfləri ehtiyatlı davranmağa və ayıq olmağa çağırır. Terror təşkilatlarının mövcud vəziyyətdən istifadə etməsinə imkan verilməməlidir. Yeni Suriya qonşuları üçün təhlükə yaratmamalıdır.
Co Bayden
(ABŞ prezidenti)
Nəhayət, Əsəd rejimi süqut etdi. Bu rejim yüz minlərlə günahsız suriyalıya işgəncə verib, qətlə yetirib. Rejimin süqutu əsas ədalət aktıdır. Bu, səbirli Suriya xalqı üçün qürurlu ölkələri üçün daha yaxşı gələcək qurmaq üçün tarixi fürsətdir. Bu, həm də risk və qeyri-müəyyənlik anıdır, çünki hamımız bundan sonra nə olacaq sualına keçirik.
ABŞ Suriyadakı tərəfdaşlarımıza riskləri idarə etmək fürsətindən istifadə etməyə kömək edəcək. Bu keçid dövründə Suriyadan hər hansı təhlükə yaranarsa, Suriyanın qonşuları, o cümlədən İordaniya, Livan, İraq və İsraili dəstəkləyəcəyik.
Əsəd rejimindən yeni konstitusiya və yeni hökumətlə müstəqil və suveren Suriyaya keçid yaratmaq üçün BMT-nin rəhbərlik etdiyi proses də daxil olmaqla, bütün Suriya qrupları ilə əlaqə saxlayacağıq.
Donald Tramp
(ABŞ-ın seçilmiş prezidenti)
Əsəd artıq yoxdur. Ölkəsindən qaçdı. Onun himayədarı Vladimir Putin başda olmaqla Rusiya artıq onu qorumaqda maraqlı deyildi. Rusiyanın orada olmaq üçün heç bir səbəbi yox idi. Ukraynaya görə Suriyaya maraqlarını itirdilər. Rusiya və İran indi zəifləmiş vəziyyətdədir, biri Ukrayna və yoxsul iqtisadiyyat, digəri isə İsrail və onun hərbi uğurları səbəbindən.
Benyamin Netanyahu
(İsrailin baş naziri)
Bu, Yaxın Şərq tarixində tarixi bir gündür. İranın şər oxunun mərkəzi halqası olan Əsəd rejimi süqut etdi. Bu, Əsəd rejiminin əsas dəstəkçiləri olan İran və Hizbullaha qarşı birbaşa olaraq etdiyimiz hücumların nəticəsidir. Bu, bütün Yaxın Şərqdə zalım rejimdən xilas olmaq istəyənlər arasında zəncirvari reaksiyaya səbəb oldu.
Əsəd rejiminin süqutu İsrail üçün mühüm yeni imkanlar yaradır, lakin risksiz deyil. Biz ilk növbədə sərhədimizi qorumaq üçün hərəkət edirik. Eyni zamanda, biz mehriban qonşuluq siyasəti üzərində də işləyirik. İsraillə sülh içində yaşamaq istəyən druzlara, kürdlərə, xristianlara və müsəlmanlara sülh əlini uzadırıq.
Emmanuel Makron
(Fransa prezidenti)
Barbar rejim, nəhayət, çökdü.
Mən Suriya xalqına, onların cəsarətinə və səbrinə hörmət edirəm. Bu qeyri-müəyyən anda onlara sülh, azadlıq və birlik arzulayıram.
Fransa Yaxın Şərqdəki bütün ölkələrin təhlükəsizliyinə sadiq qalır.
Olaf Şolts
(Almaniya kansleri)
Bəşər Əsəd öz xalqına vəhşicəsinə zülm etdi. O, saysız-hesabsız itirilmiş canlara görə məsuliyyət daşıyır, bir çox insanı Suriyadan qaçmağa məcbur etdi. Onların çoxu Almaniyaya getdi. Suriya xalqı çox əziyyət çəkir. Ona görə də Suriyada Əsəd hakimiyyətinin süutu yaxşı xəbərdir.
Biz gələcək rəhbərləri bütün suriyalılara ləyaqət və öz müqəddəratını təyinetmə, qonşuları ilə sülh şəraitində yaşamağa və Suriyanın suverenliyini üçüncü şəxslərin qərəzli müdaxiləsindən qorumağa imkan verib-verməməsinə görə mühakimə edəcəyik.
Kaja Kallas
(Avropa İttifaqının ali nümayəndəsi)
Əsəd diktaturasının sona çatması müsbət haldır. Bu, bir daha Əsədin himayədarları olan Rusiya və İranın zəifliyini göstərdi.
Bizim prioritetimiz regionda təhlükəsizliyin təmin edilməsidir. Mən Suriya və regiondakı bütün konstruktiv tərəfdaşlarla işləyəcəyəm.
Suriyanın yenidən qurulması prosesi uzun və çətin olacaq, bütün tərəflər konstruktiv qarşılıqlı fəaliyyətə hazır olmalıdırlar.
Geir Pedersen
(BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi)
Təxminən 14 ildir davam edən əzablara və saysız-hesabsız itkilərə tab gətirən Suriyanın tarixində bu gün dönüş nöqtəsidir.
Bu qaranlıq fəsil dərin izlər buraxdı, lakin bu gün biz ehtiyatlı ümidlə yeni bir fəslin – sülh, barışıq, ləyaqət və bütün suriyalılar üçün daxil olma imkanının açılmasını gözləyirik.
Edqar Rinkeviç
(Latviya Prezidenti)
Qanlı Əsəd rejimi artıq yoxdur. Suriya xalqı bir çox problemlərlə üzləşdiyi üçün biz bir diktatorun ölümünü qeyd edirik. Bu, həm də digər avtokratlara sizin düşündüyünüzdən daha həssas olduğunuza dair bir siqnaldır və Rusiya və İrana strateji zərbədir. Heç də pis gün olmadı.
Ursula von der Leyen
(Avropa Komissiyasının rəhbəri)
Əsədin qəddar diktaturası çökdü. Regiondakı bu tarixi dəyişiklik imkanlar təqdim edir, lakin risksiz deyil. Avropa milli birliyin qorunmasına və bütün azlıqları qoruyan Suriya dövlətinin bərpasına dəstək verməyə hazırdır. Biz Avropa və regional liderlərlə əlaqə saxlayır və hadisələri izləyirik.
Keir Starmer
(Böyük Britaniyanın baş naziri)
Suriyada son saatlarda və günlərdə baş verən hadisələr görünməmiş hadisələrdir. Biz regiondakı tərəfdaşlarımızla əlaqə saxlayırıq və vəziyyəti diqqətlə izləyirik. Suriya xalqı getməsini alqışladığımız Əsədin varvar rejimi altında çox uzun müddət əziyyət çəkdi.
Hazırda diqqətimiz siyasi həllin əldə olunmasını və sülh və sabitliyin bərpa olunmasını təmin etməkdir.
Biz bütün tərəfləri mülki şəxsləri və azlıqları qorumağa, vacib yardımın yaxın günlərdə ən həssas təbəqələrə çatmasını təmin etməyə çağırırıq.
Donald Tusk
(Polşanın baş naziri)
Suriyada baş verən hadisələr dünyanı bir daha dərk etdi ki, ən qəddar rejim belə yıxıla bilər, Rusiya və onun müttəfiqləri məğlub ola bilər.
Şəbnəm Rəhimova