Rusiyanın müdafiə naziri Sergey Şoyqu ilə türkiyəli həmkarı Hulusi Akarın telefon danışığı olub.
Gununsesi.info xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin açıqlamasında bildirilib.
“Hərbi qurumların rəhbərləri atəşkəsin pozulması faktları ilə bağlı məsələlərə baxılması üçün yaradılmış birgə komissiya çərçivəsində qarşılıqlı fəaliyyətə diqqət ayırmaqla Suriya Ərəb Respublikasındakı vəziyyəti, həmçinin qarşılıqlı maraq doğuran digər mövzuları substantiv müzakirə ediblər”, – deyə nazirliyin açıqlamasında qeyd edilib.
Gununsesi.info