Gununsesi.org xəbər verir ki, Rusiya və Ukrayna arasındakı münasibətləri bərpa edəcək görüşlərin əsasında əsirlərin dəyişdirilməsi prosesi bu gün başa çatıb. Əsirlərin sayıyla bağlı dəqiq açıqlama verilməsə də təxminən 70 əsirin ölkələrinə qaytarıldığı bildirilir.
Bildirilir ki, əsirləri daşıyan iki təyyarə Moskva və Kiyevə eniş edib. Kiyevə eniş edən təyyarəni prezident Vladimir Zelenski qarşılayıb. Ekspertlər isə əsirlərin dəyişdirilməsi prosesinin iki ölkə arasındakı münasibətləri yaxşılaşdırağına ümidlidir.
Gununsesi.org