“Rusiya və Ukrayna 2022-ci ilin yazında sülh müqaviləsi bağlaya və münaqişəyə son qoya bilərdi, lakin bu, barışıqdan heç bir fayda görməyən Qərbin müdaxiləsi nəticəsində baş tutmadı”.
Gununsesi.info xəbər verir ki, bunu RİA Novosti-yə Serbiyanın baş nazirinin müavini Aleksandr Vulin deyib.
“Ukraynada sülh xüsusi əməliyyatın (SVO) lap əvvəlində İstanbulda aparılan danışıqlarda əldə edilə bilərdi. Amma bu baş vermədi, çünki Ukraynada sülhlə bağlı qərarı Rusiya ilə son ukraynalıya qədər döyüşmək istəyən Ukraynadan olmayan ölkələr və siyasətçilər verir”, – deyə siyasətçi bildirib.
Xatırladaq ki, İstanbulda sülh danışıqları 2022-ci ilin martında baş tutub.
Dövlət Dumasının Müdafiə Komitəsinin üzvü Andrey Kolesnik Rusiya ilə Ukrayna arasında münaqişənin həlli üzrə danışıqların başlanmasının vaxtı barədə danışıb.
O, 2024-cü ilin payızında belə qarşılıqlı əlaqənin başlanması bildirmişdir.
İlhamə
Gununsesi.info