Rusiya hava hücumundan müdafi qüvvələri bir gecədə iki bölgədə dörd təyyarə tipli pilotsuz uçuş aparatını (PUA) vurub.
Gununsesi.info xəbər verir ki, bu barədə martın 1-də Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
“Növbəti hava hücumundan müdafiə sistemləri Belqorod vilayətinin ərazisi üzərində Ukraynaya məxsus pilotsuz uçuş aparatını məhv edib və Nijni Novqorod vilayətinin ərazisi üzərində üç PUA-nın qarşısı alınıb”, – məlumatda deyilir.
Bu arada, Nijni Novqorod vilayətinin Dzerjinsk şəhərinin meri İvan Noskov bildirib ki, “gecə saatlarında Nijni Novqorod vilayətinin Dzerjinsk sənaye zonası ərazisinə üç təyyarə tipli pilotsuz uçuş aparatının hücumunun qarşısı alınıb”.
“Hər hansı tələfat və dağıntı yoxdur, təcili yardım xidmətləri hadisə yerindədir. Sənaye obyektləri normal işləyir”, – Noskov “Telegram” kanalında yazıb.
Öz növbəsində, Kursk vilayətinin qubernatoru Roman Starovoyt bildirib ki, “Pilotsuz uçuş aparatlarının hücumu nəticəsində Sudjanski rayonunun Sverdlikovo, Darino və Nikolaevo-Daryino yaşayış məntəqələrində elektrik enerjisi kəsilib”. “Vəziyyət imkan verən kimi təmir işlərinə başlanılacaq”, o, Telegram kanalında yazıb.
Bu arada Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri məlumat yayıb ki, martın 1-nə keçən gecə Rusiya qoşunları Ukrayna ərazisinə beş S-300 zenit raketi və dörd hücum pilotsuz təyyarəsi ilə hücum edib.
Ukrayna hərbçilərinin məlumatına görə, raketlər Ukraynanın Donetsk vilayəti və Rusiyanın Belqorod vilayətindən, pilotsuz uçuş aparatları isə Rusiya Federasiyasının Primorsko-Axtarsk və Kursk vilayətlərindən buraxılıb.
Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri Xarkov və Dnepropetrovsk vilayətləri daxilində 4 pilotsuz təyyarənin məhv edildiyini bildirib.
Gununsesi.info