Rusiya baş nazirinin müavini Tatyana Qolikova 2024-cü ildən etibarən bütün işləyən rusların məcburi tibbi müayinədən keçəcəklərini bildirib.
Gununsesi.info xəbər verir ki, onun sözlərinə görə, tibbi müayinə tarifi icbari tibbi sığorta proqramına daxil ediləcək. Bundan əlavə, icbari tibbi sığortaya həm kişilər, həm də qadınlar üçün reproduktiv sağlamlığın monitorinqi üçün ayrıca tarif daxil ediləcək.
Rusiya hakimiyyətinin son təşəbbüsləri fonunda – kontraseptivlərin satışının məhdudlaşdırılması, abortun qadağan edilməsi, “oxumaq və işləmək əvəzinə uşaq dünyaya gətirmək” çağırışları – uyğun hesab edilənlər hərəkətsizliyə görə cərimələnəcək və demoqrafik vəziyyətin məcburi şəkildə yaxşılaşdırılmasına göndəriləcək.
Gununsesi.info