Rusiya və İsveç arasında gərginlik: Səfir nazirliyə çağırıldı və 5 diplomat “arzulanmaz adam” elan edildi

  • By admin
  • 25 May 2023 17:45

Rusiya və İsveç arasında diplomatik gərginlik yaşanır.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, Rusiyanın Xarici İşlər Nazirliyi İsveçin 5 diplomatını “arzulanmaz adam” elan edib.

Nazirlikdən verilən açıqlamada bu addımın 25 apreldə İsveçin 5 rus diplomatını “arzulanmayan adam” elan edilməsinə cavab olaraq atıldığı bildirilib.

İsveçin Moskvadakı səfiri Malena Mard Rusiya XİN-ə çağırılıb.

Rəsmi Moskva İsveçin rus diplomatlarında qarşı belə bir addım atılmasını “düşməncə” adlandırıb və münasibətləri gərginləşdirdiyinə vurğu edib.

Rusiya 1 sentyabrdan etibarən Höteborq Baş konsulluğunun işinin dayandırılması ilə bağlı qərar alıb.

 

Tərcümə: Arzu Sayadoğlu

Gununsesi.info