Rusiya və Türkiyə Suriyanın bu şəhərini bölüşdürür

  • By admin
  • 22 İyun 2017 22:42

ibrahim_kalin_

 

Suriyanın İdlib bölgəsində rus və türk əsgərlərin olacağı bir mexanizm üzərində iş aparılır.

Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Administrasiyasının sözçüsü İbrahim Qalın deyib.

“İdlib bölgəsinə ruslarla bizlərin, Dəməşq ətrafına Rusiya ilə İranın, Dəra şəhərinə isə İordaniya ilə amerikalıların nəzarət edəcəyi gözlənilir. Hətta rusların təklifi var ki, qazax və qırğızlardan da müəyyən sayda qüvvə göndərilə bilər”, – Türkiyə rəsmisi bildirib.

 

Gununsesi.info