Rusiya və Ukrayna arasında atəşkəsin ANONSU VERİLDİ

  • By admin
  • 03 Yanvar 2023 09:29

2023-cü ildə Rusiyanın Ukraynaya qarşı apardığı müharibədə atəşkəsin əldə olunmasını gözləmək olar.

Gununsesi.info xəbər verir ki, bu barədə NATO-nun keçmiş generalı Hans-Lotar Domrez bildirib.

“Yayın əvvəlində hər iki tərəfin istəyəcəyi atəşkəs gözləyirəm. 2023-cü ildə nə vaxtsa atəşkəs əldə edəcəyik”, – deyə general vurğulayıb.

Onun fikrincə, atəşkəslə bağlı danışıqlar üçün imkan yaranacaq. Amma bu, uzun müddət sülh demək deyil.

“Atəşkəs o deməkdir ki, atəşi dayandırırıq. Danışıqlar uzun çəkəcək, vasitəçilərin BMT-nin Baş katibi Quterreşin, Türkiyə Prezidenti Ərdoğanın olması mümkündür”, – deyə Hans-Lotar Domrez qeyd edib.

Gununsesi.info