Rusiya və Ukrayna arasındakı görüşün vaxtı açıqlandı

  • By admin
  • 06 Mart 2022 00:12

Rusiya və Ukrayna nümayəndə heyətləri arasında danışıqların üçüncü raundu bir-iki gün ərzində baş tutacaq.

Gununsesi.info  xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenskinin ofis rəhbərinin müşaviri Mixail Podolyak bildirib.

“Görüş növbəti bir-iki gündə olacaq. Biz digər məsələlərlə yanaşı, danışıqlar prosesinin bir hissəsi kimi, lazım gələrsə, düzəlişlər etmək üçün humanitar dəhlizlərin necə işləməyə başladığını qiymətləndiririk”, – Podolyak qeyd edib.

 

Rusiya və Ukrayna arasında danışıqların növbəti raundu martın 7-də baş tuta bilər.

Bu barədə Rusiya nümayəndə heyətinin üzvü, Dumanın Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri Leonid Slutski məlumat verib.

Danışıqların Polşa-Belarus sərhədində keçiriləcəyi gözlənilir.

Gununsesi.info