Rusiya və Yaponiya kosmik əməkdaşlığın təşviqi məsələlərini müzakirə edirlər

  • By admin
  • 06 Oktyabr 2019 10:27

Gununsesi.org xəbər verir ki, Yaponiya və Rusiya kosmik sahədə əməkdaşlığın, o cümlədən müqavilə münasibətlərinin təşviqi məsələlərini müzakirə edirlər.

Qeyd edək ki, görüş Yaponiyanın Kyota şəhərində beynalxalq elm və texnologiya forumunun çərçivəsində Yaponiyanın Baş naziri Şinzo Abe və Rusiyanın Baş nazirin müavini Maksim Akimov arasında baş tutub.

Rusiyanın Baş nazirin müavini Maksim Akimov görüşdə hansı mövzuları toxunduqlarını açıqlayıb: “Vladivostokda Prezident Vladimir Putin və Baş nazir Şinzo Abe ilə ikitərəfli görüş nəticəsində müzakirə olunan və soruşulan əməkdaşlıq sahələrinin həyata keçirilməsi barədə danışdıq. Müqavilə münasibətləri, kosmik sahədə əməkdaşlıq da daxil olmaqla yeni bir paketin təşviqi ehtiyacından danışmışıq” deyə o bildirib.

 

 

Gununsesi.org