Rusiya Xəzərdə və Ermənistanda genişmiqyaslı təlimlərə BAŞLAYIR

Rusiyanın Cənub Hərbi Dairəsi genişmiqyaslı hərbi təlimlərə başlayır. 

Gununsesi.info Rusiya KİV-nə istinadən xəbər verir ki, təlimlərə Qara dəniz və Xəzər dənizindəki Hərbi Dəniz Qüvvələri, həmçinin hərbi-nəqliyyat təyyarələri, operativ-taktiki aviasiya və s. qatılacaq.

HTML tutorial

Avqustun 9-dan sentyabrın 15-nə qədər davam edəcək təlimlər quru qoşunları və aviasiyanın iştirakı ilə Həştərxan və Rostov vilayətində, Krasnodar və Stavropol diyarları, Dağıstan, Çeçenistan və Krımda aparılacaq.

Hərbi təlimlər Rusiyanın Ermənistan, Abxaziya və Cənubi Osetiyadakı hərbi bazalarında da keçiriləcək.