Rusiya Xəzər dənizindən Ukraynaya 6 raket atıb

  • By admin
  • 17 İyul 2022 12:20
İyulun 16-da günorta saatlarında Rusiya ordusu Xəzər dənizi regionundan Ukraynaya 6 raket atıb.
Gununsesi.info Unian-a istinadən bildirir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələri məlumat yayıb.
“Altı ədəd “X-101” (X-555) raketi “Tu-95MS” bombardmançı təyyarəsindən atılıb.
“Dörd raket Dnepropetrovsk vilayətinin Zaporojye şəhərində Hava Hücumundan Müdafiə Bölmələri tərəfindən məhv edilib. Digər ikisi Çerkassı vilayətindəki iki kənd təsərrüfatı müəssisəsinə düşüb, dağıntı və tələfatın təfərrüatları dəqiqləşdirilir” – Ukrayna Hərbi Hava Qüvvələrinin məlumatında qeyd olunub.
Gununsesi.info