Rusiya Xarkovda evə raket atdı - VİDEO

Rusiya qüvvələri bu gecə Ukraynanın Xarkov vilayəti ərazisində yaşayış evinə raket zərbəsi endirib.

Gununsesi.info “Unian”a istinadən xəbər verir ki, nəticədə insan tələfatı və dağıntılar olub.

HTML tutorial

Hadisə zamanı 1 dinc sakin həyatını itirib, 3 nəfər isə yaralanıb.

Bildirilib ki, həmçinin Donetsk və Xerson vilayətlərinin Ukraynanın nəzarətində olan hissəsi atəşə tutulub.

Gununsesi.info