Rusiya Xersondakı istintaq təcridxanasını ələ keçirdi

  • By admin
  • 09 Mart 2022 19:36

Rusiya hərbçiləri Xersondakı istintaq təcridxanasını ələ keçiriblər.

Gununsesi.info  xəbər verir ki, Ali Radanın insan hüquqları üzrə komissarı Lüdmila Denisova məlumat verib.

Bildirilib ki, istintaq təcridxanasından ələ keçirilən Ukrayna vətəndaşlarının yerləşdirilməsi üçün istifadə oluna bilər.

Xerson və ona yaxın yaşayış məntəqələrində ruslar polis rejimi tətbiq etməyə çalışırlar. Artıq 400-dən çox Ukrayna vətəndaşı rusların hakimiyyət orqanlarına müqavimət göstərdiyinə görə qanunsuz həbs edilib.

Gununsesi.info