Rusiya XİN Əli Əsədovun bu addımını yüksək qiymətləndirdi

Azərbaycan və Avrasiya İqtisadi İttifaqı arasında dialoqun inkişafı bütün region üçün əhəmiyyətli təsirə malik ola bilər.

Gununsesi.info xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

HTML tutorial

“Biz öz növbəmizdə Azərbaycanın Baş nazirinin Hökumətlərarası Şuranın son iclasında iştirakını müsbət qiymətləndiririk. Rəsmi Bakı ilə Avrasiya İqtisadi İttifaqı arasında əməkdaşlıq potensialı çox yüksəkdir. Bu, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesinə fayda verəcək”, – deyə XİN rəsmisi qeyd edib.

Xatırladaq ki, 25-26 avqust tarixində Azərbaycanın Baş naziri Əli Əsədov Avrasiya Hökumətlərarası Şurasının Qırğızıstanda keçirilən iclasında iştirak edib.

Gununsesi.info