Blinkenin “Rusiyanı ölkənə buraxırsansa, çıxarmaqda çətin olur” fikrinə Moskvadan sərt reaksiya

  • By admin
  • 08 Yanvar 2022 11:49
Rusiya Xarici İşlər Nazirliyi ABŞ dövlət katibi Blinkenin Qazaxıstana göndərilən Rusiya hərbçiləri barədə dediklərindən qəzəblənib və Blinkeni ədəbsizlikdə ittham edib.
Gununsesi.info bildirir ki, XİN-in bu barədə yaydığı şərhində bununla bağlı mövqe açıqlanıb.
“ABŞ dövlət katibi Blinken bu gün Qazaxıstanda baş verən faciəli hadisələrlə bağlı ədəbsiz manera ilə zarafat edib”-deyə sənəddə vurğulanır.
“KTMT-nin Qazaxıstan prezidentinin təhlükəsizliyin təmin olunması ilə bağlı çağırışına tamamilə legitim əsasda cavabını dövlət katibi iynəli atmaca ilə cavablandırıb: “Tarixdən bir dərs: Əgər evinə ruslar giribsə onları ordan çıxarmaq çox çətin olur”“-deyə XİN-dən xatırladıblar.
“Əgər Blinken tarixin dərslərini belə sevirsə qoy onda bunu da nəzərə alsın: Əgər evinə amerikanlar giribsə sağ qalmaq çətin olur, üstəlik zorlanmadan, qarət edilmədən xilas olmur”-deyə XİN cavabda ABŞ-ın “bostanına daş atıb”.
“Yaxın və son 300 illik amerika dövlətçiliyinin tarixi yalnız bunları öyrədir. Bu barədə hindular, koreyalılar, vyetnamlılar, iraqlılar, panamalılar, yuqoslavlar, liviyalılar, suriyalılar və öz evində bu “çağrılmamış qonağı” görən bir çox başqa bədbəxtlər danışa bilərlər“-deyə nazirliyin açıqlamasında vurğulanır.
Gununsesi.info