Rusiya XİN: “Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına töhfə vermişik”

  • By admin
  • 28 Dekabr 2021 23:40

Rusiya Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasına böyük töhfə verib.

Gununsesi.info xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin 2021-ci ilin xarici siyasət yekunları ilə bağlı yaydığı bəyanatda deyilir.

Bəyanatda qeyd edilir ki, Moskva Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası üzrə ikitərəfli Komissiyanın yaradılmasına nail olub.

“Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası və demarkasiyası üzrə ikitərəfli Komissiyanın yaradılması, eləcə də Cənubi Qafqazda iqtisadi və nəqliyyat əlaqələrinin açılması kimi vəzifələrin həllinə yardım edilib. Dekabrın 10-da Moskvada “3+3” formatında “3+3 regional məşvərət platformasının təsis iclası keçirilib”, – açıqlamada qeyd olunur.

Gununsesi.info