
“Dağlıq Qarabağın yekun statusunun müəyyən edilməsi şərti ilə işğal olunmuş ərazilərin azad edilməsi tələbi qüvvədə qalır”.
Gununsesi.info xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov ilin yekunlarına həsr olunmuş mətbuat konfransında Ermənistanın Dağlıq Qarabağda işğal olunmuş Azərbaycan ərazilərini azad etməsinin mümkünlüyü barədə sualı cavablandırarkən deyib.
“Bu, artıq mücərrəd bir şey deyil. Bu, təkcə Azərbaycanın daxili işinin mövzusu deyil”, – deyə S.Lavrov bildirib.
Onun sözlərinə görə, münaqişə ilə bağlı hələ münaqişənin qızğın vaxtında BMT Təhlükəsizlik Şurasında qəbul edilən və atəşkəs elan olunmasını tələb edən qərarlar var. “Bundan əlavə olaraq Azərbaycan və Ermənistan prezidentlərinin münaqişənin həlli ilə bağlı imzaladığı çoxsaylı sənədlər var”- deyə, S. Lavrov vurğulayıb.
Nazir onu da deyib ki, atəşkəs elan olunduqdan sonra Rusiya və ATƏT-in vasitəçiliyi ilə işğal olunmuş ərazilərin azad olunması tələbi qüvvədə qalır. “Ancaq heç bir halda güc tətbiq edilməməsi şərti ilə. Bu şərt Dağlıq Qarabağın yekun statusunun müəyyən edilməsi zamanı da keçərlidir””, – deyə Rusiya XİN başçısı vurğulayıb.
Nazir həmçinin ötən ilin aprelində təmas xəttində baş verən toqquşmalara da toxunub: “Ötən ilin aprelində baş vermiş qanlı hadisə dərin narahatlıq yaradır. Rusiya həmin vaxt qan tökülməsinin qarşısının alınmasında vacib rol oynayıb. Vyanada, daha sonra Sankt-Peterburqda Azərbaycan və Ermənistan prezidentləri insidentlərin araşdırması mexanizminin işə düşməsi və təmas xəttində ATƏT müşahidəçilərin artırılması barədə razılığa gəldi. 2011-ci ildə də insidentlərin araşdırılması məsələsi Həştərxan görüşündə müzakirə edilmişdi. Bu tədbirlər çox vacibdir. İnsidentlərin araşdırılması və ATƏT müşahidəçilərinin sayının artırılmasına dair razılıq ona görə reallaşa bilmir ki, bununla bağlı ATƏT-də konsensus yoxdur. Bunu təşkilatın üzlərindən də maraqlanmaq olar”.
Mürtəza
Gununsesi.info













