Rusiya XİN-dən Azərbaycan-Ermənistan münaqişəsinə dair yeni MESAJ

Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası və demarkasiyası prosesinin başlanmasında irəliləyiş, eləcə də regionda nəqliyyat və iqtisadi əlaqələrin blokadasının götürülməsi Bakı ilə İrəvan arasında münasibətlərin normallaşdırılmasında mühüm irəliləyişlərə səbəb olacaq.

Gununsesi.info xəbər verir ki, bu fikirləri Rusiyanın Xarici İşlər Nazirliyi bəyan edib.

HTML tutorial

“Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması məsələsində Rusiya 2022-ci ildə qarşısına hansı vəzifələr qoyub” sualına cavab olaraq XİN-dən verilən açıqlamada deyilir ki, rəsmi Moskva Rusiya, Ermənistan və Azərbaycan liderlərinin bəyanatlarında əksini tapan üçtərəfli sazişlərin tam icrası zərurətindən çıxış edir.

Söhbət 10 noyabr 2020-ci il, 11 yanvar 2021-ci il və 26 noyabr 2021-ci il tarixli üçtərəfli bəyanatlardan gedir.

“Bu gün prioritet vəzifələr Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası və demarkasiyası prosesinin başlanması, o cümlədən regionda nəqliyyat kommunikasiyaları və digər iqtisadi əlaqələrin açılmasıdır. Bu sahələrdə irəliləyişin əldə edilməsi Bakı ilə İrəvan arasında münasibətlərin normallaşdırılmasında əhəmiyyətli rol oynayacaq”, – deyə açıqlama vurğulanıb.

Xarici oyunçuların fəal olduğu Cənubi Qafqazın gələcəyinə gəlincə, Rusiya Xarici İşlər Nazirliyi qeyd edib ki, onlar İrəvanla Bakı arasında münasibətlərin normallaşdırılması prosesinə, eləcə də regionda sabitliyin və təhlükəsizliyin təmin edilməsi prosesinə qoşulmaq istəyən hər kəsin tərəfdarıdırlar.

Rusiya XİN hesab edir ki, xarici oyunçular münasibətlərin normallaşdırılması üçün tərəflərin maraqlarından çıxış etməli və üçtərəfli razılaşmaları nəzərə almalıdırlar.

Gununsesi.info