Rusiya XİN-dən Brüssel görüşü ilə bağlı AÇIQLAMA

Biz ümidvarıq ki, Azərbaycan və Ermənistan liderlərinin dekabrın 15-də Brüsseldə keçirilməsi nəzərdə tutulan görüşündə üçtərəfli razılaşmaların icrasına sadiqlik təsdiqlənəcək.

Gununsesi.info xəbər verir ki, bu barədə Moskvada brifinqdə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

HTML tutorial

Diplomat deyib: “Biz Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılmasına yönələn hər cür səyləri alqışlayırıq. Biz Azərbaycan və Ermənistan liderləri arasında müntəzəm əlaqələrin davam etməsini vacib sayırıq və iki dövlətin rəhbərinin dekabrın 15-də Brüsseldə nəzərdə tutulan görüşünün yekunları üzrə üçtərəfli razılaşmaların icrasına sadiqliyin təsdiqlənəcəyinə ümid edirik”.

Gununsesi.info