Rusiya XİN-dən Ermənistan-Azərbaycan sərhədində vəziyyətin gərginləşməsi ilə bağlı açıqlama

  • By admin
  • 13 Yanvar 2022 17:55

Rusiya Xarici İşlər Nazirliyi Azərbaycanın dövlət sərhədinin Kəlbəcər istiqamətindəki gərginləşmə ilə bağlı açıqlama yayıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Rusiya XİN-in sözüçü Mariya Zaxarova məlumat verib.

“Rusiya Ermənistan-Azərbaycan sərhədində vəziyyətin gərginləşməsindən ciddi narahatdır və tərəfləri münaqişənin hərbi yolla həllindən çəkinməyə çağırır”, – sözçü bildirib.

O, gərginlikdən qaçmağın əsas həllini sərhədin delimitasiya-demarkasiya prosesinin başlanmasında görüb. Sözçü qeyd edib ki, bu məsələdə Rusiya hərtərəfli yardım etməyə hazırdır.

 

Gununsesi.info