Rusiya XİN-dən Türkiyəyə CAVAB

“Türkiyə Kiyevə təsir göstərə və onu Minsk razılaşmaları üzrə öhdəliklərini yerinə yetirməyə sövq edə bilsə, biz danışıqlara hazırıq”.

Gununsesi.info xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov deyib.

HTML tutorial

“Kreml istənilən ölkənin Ukraynadakı vəziyyəti nizamlamaq səylərini alqışlayır. Rusiya ilə Ukrayna arasında əsas fikir ayrılıqları məhz Minsk razılaşmalarının Kiyev tərəfindən yerinə yetirilməsini dayandırması ilə bağlıdır”, – deyə Peskov bildirib.

Qeyd edək ki, Rusiya və Ukrayna prezidentlərinin Türkiyədə görüşməsi təklifini Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın söyləyib.

Gununsesi.info