Rusiya XİN-dən qəribə açıqlama: “Vasitəçiliyimiz sayəsində Dağlıq Qarabağda sülh bərpa olunub”

  • By admin
  • 29 Dekabr 2020 12:25

“Rusiyanın regional münaqişələrin və böhranlı vəziyyətlərin nizamlanması ilə bağlı səyləri konkret nəticələr verib. Rusiyanın vasitəçiliyi sayəsində Dağlıq Qarabağda hərbi toqquşmalar bitib və sülh bərpa olunub”.

Gununsesi.org-un verdiyi məlumata görə, bu, Rusiya Xarici işlər Nazirliyinin (XİN) 2020-ci ilin Əsas xarici siyasət yekunlarında əksini tapıb.

Bildirilib ki, əhaliyə fövqəladə humanitar yardım göstərilib, qaçqınların qayıtması üçün şərait yaradılıb, sülhməramlı əməliyyat həyata keçirilib və atəşkəsə nəzarət olunması üzrə Rusiya-Türkiyə Birgə Mərkəzinin yaradılması razılaşdırılıb.

Gununsesi.org