Rusiya XİN-dən Xovayevin Bakıya səfəri barədə açıqlama

“Rusiya XİN-in Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi İqor Xovayev hazırda Bakıdadır”.

Gununsesi.info  Rusiya mediasına istinadən xəbər verir ki, bunu Rusiya XİN-in rəsmi sözçüsü Mariya Zaxarova Xovayevin Azərbaycana səfərini şərh edərkən deyib.

“O, Azərbaycan tərəfi ilə görüş üçün hazırda Bakıdadır. Sözügedən təmaslar zamanı sülh sazişi məsələsi də müzakirə olunur”, – deyə Zaxarova qeyd edib.

O, həmçinin xatırladıb ki, Xovayev noyabrın 14-ü İrəvanda səfərdə olub və Ermənistanın siyasi rəhbərliyi ilə bir sıra məsləhətləşmələr aparıb.

Xatırladaq ki, Prezident İlham Əliyev bu gün İqor Xovayevi qəbul edib