Afrika siyasətinin iflasa uğramasından sonra Fransa “Rusiya orada sülhməramlı rol oynasa da, özü üçün Qarabağda sülhməramlı obrazı yaratmağa çalışır”.
Gununsesi.info xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova “Rossiya 1” telekanalının efirində bildirib.
Diplomatın fikrincə, Parisin Qafqazda fəallığının artması “Fransa siyasətinin Afrikadakı uğursuzluğu fonunda ictimai-siyasi şüurda bir növ kompensasiyadır”.
O, əlavə edib ki, “Fransanın Qafqazda apardığı təcrübələrə, sanki, sülhməramlı səylər daxildir”.
“Biz başa düşürük ki, bunun sülhməramlılıqla heç bir əlaqəsi yoxdur. Ölkəmiz öz üzərinə götürdü və bütün sülhməramlı rolunu, hətta Qarabağ nizamlanması kontekstində də vasitəçi kimi yerinə yetirdi. İndi, ən çətin mərhələ arxada qaldıqdan sonra (inşallah, Fransa NATO üzvü kimi bu kömürləri yenidən orada qarışdırmağa başlamasa, arxada qalacaq), onlar orada özünü göstərə bilərlər”, – Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi bildirib.
Gununsesi.info