Rusiya XİN: KTMT-nin Ermənistanı müdafiə etmədiyi barədə qəsdən dezinformasiya yayılır

  • By Günel
  • 20 Sentyabr 2024 15:21

KTMT-nin Ermənistanı müdafiə etmədiyi barədə qəsdən dezinformasiya yayılır, bu həqiqət deyil.

Gununsesi.info APA- ya istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib .

O, qeyd edib ki, İrəvandan vaxtaşırı eşidilən iddialar absurddur və faktlara əsaslanmır: “Bu fonda Rusiya Federasiyası ilə siyasi dialoq və qurumlararası əməkdaşlıq məhdudlaşır. Yəni iqtisadiyyat bir şeyi göstərir, siyasi üstqurum isə bunun əksini edir. Bundan əlavə, bildirilir ki, İrəvan Aİİ-də qalır, lakin KTMT-dəki mövcudluğunu dondurur, sanki bu strukturlar müxtəlif ölkələrdən ibarətdir. Qərbin təzyiqləri var, Qərb rəsmilərinin sözləri görünür İrəvanın siyasi ritorikasında öz əksini tapıb”, – deyə Rusiya XİN sözçüsü vurğulayıb.

Gununsesi.info