Rusiya XİNRusiya Xarici İşlər Nazirliyi ruslara Baltikyanı ölkələrə səyahətdən çəkinməyi tövsiyə edib.
Gununsesi.info bildirir ki, bu barədə RİA Novosti-yə Rusiya XİN-dən məlumat verilib.
Bundan əlavə, Rusiya XİN Litvanın Rusiyada qeydiyyatda olan nəqliyyat vasitələrini müsadirə etməyə başlayacağı təqdirdə Vilnüsün hərəkətlərini cavabsız qoymayacağına söz verib.
Bundan əvvəl Litva gömrük xidməti bildirib ki, martın 11-dən ölkədə Rusiya dövlət nömrə nişanlı avtomobillərin müsadirəsinə başlanılacaq.
Gununsesi.info