Rusiya Ukrayna ilə danışıqların təşkilində vasitəçilik səylərinə görə Türkiyəyə minnətdardır. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.
“Biz Türkiyəyə Rusiya-Ukrayna danışıqlarının aparılması və ümumilikdə vəziyyətin nizamlanması üçün göstərdiyi vasitəçilik roluna və vasitəçilik səylərinə görə həqiqətən minnətdarıq”, – deyə Rusiya XİN sözçüsü vurğulayıb.
Qeyd edək ki, bu gün İstanbulda Dolmabağça sarayında Moskva ilə Kiyev arasında danışıqların yeni raundu keçirilib. Görüş təxminən üç saat davam edib.
Gununsesi.info