Rusiya Yəmənə humanitar yardım göndərəcək

  • By admin
  • 10 Noyabr 2016 22:04

a37495d8-0e1b-46ad-a2dc-c21b25329dc1_292

 

Rusiya Yəmənin hərbi münaqişə zonasına növbəti humanitar yardım partiyası göndərməyi planlaşdırır.

Gununsesi.info xəbər verir ki, bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova məlumat verib.

Diplomat bildirib ki, Rusiya bölgənin dəniz və havadan blokadasının aradan qaldırılmasının tərəfdarıdır.

“Moskva davamlı olaraq beynəlxalq ictimaiyyət tərəfindən Yəmən Respublikasında fəlakətli sosial-iqtisadi vəziyyətin yüngülləşdirilməsi üzrə təxirəsalınmaz tədbirlərin görülməsi, bu ölkənin bütün bölgələrinə maneəsiz humanitar yardım göndərilməsinin təmin edilməsi mövqeyindən çıxış edir”, – deyə o qeyd edib.

 

Gununsesi.info