“Rusiya yalnız öz maraqlarına cavab verən siyasət aparacaq” -Putin

  • By admin
  • 22 Avqust 2022 09:55

“Rusiya qüdrətli və müstəqil dövlət kimi dünya səhnəsində yalnız öz fundamental maraqlarına cavab verən siyasət aparacaq, çünki kənar diktələrə yol vermədən öz iradəsinə uyğun yaşamaq istəyi rusların genetik kodunun bir hissəsidir”.

Gununsesi.info xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Dövlət Bayrağı günü münasibətilə müraciətində deyib .

“Rusiya qüdrətli, müstəqil dünya dövlətidir. Biz beynəlxalq aləmdə yalnız Vətənin köklü maraqlarına cavab verən siyasət yürütməkdə qətiyyətliyik”, – dövlət başçısı bildirib.

Putin əmin olduğunu bildirib ki, Rusiya bayrağı ölkə vətəndaşlarının bütün nəsilləri üçün əbədi müqəddəs rəmz olaraq qalacaq.

Gununsesi.info