Rusiya yeganə aviadaşıyıcısını təmirə göndərir

  • By admin
  • 22 Mart 2022 15:51

Rusiyanın yeganə aviadaşıyıcısı “Admiral Kuznetsov” növbəti dəfə təmirə göndərilir.

Gununsesi.info xəbər verir ki, bu barədə TASS öz mənbələrinə istinadla məlumat yayıb.

“Ehtimal olunur ki, aviadaşıyıcı apreldə gəmi təmiri zavoduna yollanacaq. Təmir işləri sentyabra qədər davam edəcək”, – məlumatda qeyd olunub.

Qeyd edək ki, Rusiyanın yeganə aviadaşıyıcısı sayılan “Admiral Kuznetsov” dəfələrlə təmirə yollanıb.

Gununsesi.info