Rusiya yeni aviabomba yaratdı

  • By admin
  • 20 İyun 2018 12:13

Rusiyada qanadlı raket və ya adi aviabomba kimi istifadə edilə bilən yeni aviasiya bombası yaradılıb.

Gununsesi.info “RİA Novosti”yə istinadla xəbər verir ki, bununla bağlı Taktiki raket silahlanması korporasiyasının hesabatında məlumat verilib.

Hesabata əsasən, 9-7759 adlı bomba sınaq mərhələsindədir. Daşıyıcı kimi sınaq mərhələsində SU-34 qırıcılarından istifadə edilib.

Aviabombanı hədəfə yönəltmək üçün Rusiya naviqasiya peyk sistemi olan QLONASS-dan istifadə edilib.

Bomba düşmənin zenit-raket kompleksinin nəzarət etdiyi zonaya daxil olmayan universal silahdır.

9-A97759 bombası istənilən təyyarədən atıla bilər. Bomba “Ordu-2018” forumundan təqdim olunacaq.