Rusiya yeni batalyonlar formalaşdırır və daha bir korpus yaradır: iyulun sonuna kimi...

  • By admin
  • 23 İyul 2022 20:28

Ukraynanın 5 aylıq genişmiqyaslı işğalından sonra Rusiya fəal şəkildə yeni batalyonlar formalaşdırır və daha bir korpus yaradır.

Gununsesi.info “Radio Svoboda”ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Kəşfiyyat Baş İdarəsinin nümayəndəsi Vadim Skibitski bildirib .

Skibitskinin qeyd edib ki, Rusiya Federasiyası iyulun sonuna kimi 16 yeni batalyon yaratmağı planlaşdırır:

“Rusiya Federasiyasının 50-yə yaxın subyekti bu cür batalyonların yaradılması əmri alıb, onların sayı dəyişir – 500-600 nəfər. Biz dəqiq bilirik ki, bu gün artıq səkkiz batalyon yaradılıb. Ayın sonunadək daha səkkiz batalyonun formalaşdırılması planlaşdırılır. Bizim hesablamalarımıza görə, Krım da daxil olmaqla hər bölgədə təxminən dörd min nəfərlik belə bir batalyon olacaq. Batalyonların formalaşdırılması hərbi komissarlar vasitəsilə baş verir və dövlətin nəzarəti altındadır”.

“Silahlanma, formalaşma, döyüş koordinasiyası və buna uyğun olaraq ərazilərimizdən cəbhə kimi istifadə olunur”, – Skibitski vurğulayıb.

O, həmçinin qeyd edib ki, Rusiya hazırda Nijni Novqorod vilayətində daha bir korpus formalaşdırır – bu, 10 mindən 15 min nəfərə qədərdir:

“Yeni birliyin yaradılması ilə bağlı formalaşma və döyüş koordinasiyası aparılır. Onun ərazimizə keçiriləcəyini istisna etmirik”.

Gununsesi.info