Rusiya yenidən Azərbaycanın 5 pomidor istehsalçısına ixrac qadağası qoyub

  • By admin
  • 22 Yanvar 2021 13:42

Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti (“Rosselxoznadzor”) Azərbaycanın daha 5 pomidor istehsalçısına ölkəyə məhsul ixracı ilə bağlı qadağa qoyub.

 

Gununsesi.org quruma istinadən xəbər verir ki, bunlar “Binə Aqro” QSC, “Aqro-Favorit”, “Agroterm” və “Xızı Aqropark” MMC-lər, eləcə də fiziki şəxs Vilayət Rüstəm oğlu Məmmədovdur.

Adları çəkilən hüquqi və fiziki şəxslərə məxsus pomidorlar Dağıstan gömrük-keçid məntəqəsində yoxlanılarkən onlarda təhlükəli zərərvericilər aşkar olunduğu bildirilir.

Gununsesi.org