Rusiya yenidən Xersonu atəşə tutdu: 3 nəfər öldü

  • By admin
  • 19 Fevral 2023 19:47

Rusiya Ukraynanın Xerson vilayətinin Berislav rayonunun Burqunka kəndini atəşə tutub.

Gununsesi.info Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə Xerson Vilayət Hərbi Adminsitrasiyası məlumat yayıb.

Belə ki, hadisə nəticəsində bir ailənin 3 üzvü həlak olub.

Yaralananların sayı isə 4 nəfərdir.

Gununsesi.info