Rusiya yığması Paralimpiya Oyunları-2016-da iştirak etməyəcək

  • By admin
  • 07 Avqust 2016 21:35

bpk

 

Rusiya Paralimpiya Komitəsi (RPK) Beynəlxalq Paralimpiya Komitəsi (BPK) üzvlüyündən çıxarılıb və beləliklə, Rusiya idmançıları 2016-cı il Rio-de-Janeyro Paralimpiya Oyunlarında iştirakdan məhrum olub.

Gununsesi.info xəbər verir ki, bunu BPK rəhbəri Filip Kreyven bəyan edib.

“BPK İcraiyyə Komitəsi Rusiya Paralimpiya Komitəsinin dərhal kənarlaşdırılması barədə qərar qəbul edib. Bu o deməkdir ki, Rusiya Paralimpiya Komitəsi BPK-yə üzvlük planında bütün öz hüquq və səlahiyyətlərini itirir”, – deyə Kreyven bazar günü keçirilən mətbuat konfransında bildirib.

“Rusiya Paralimpiya Komitəsi rusiyalı idmançıların Rio-de-Janeyro Oyunlarında iştirakı üçün ərizə verə bilməyəcək”, – deyə BPK prezidenti bildirib.

Prezident əlavə edib ki, Rusiya tərəfinin bu qərardan məhkəmə şikayəti vermək üçün 21 gün vaxtı var

Parolimpiada-2016 7-18 sentyabr tarixlərində Braziliyada keçiriləcək.

 

Gununsesi.info